10 dəqiqəyə hazır olan Lavaşda lahmacun

Порций: 5 ədəd   Время приготовления: 10 dəqiqə

Lahmacun Sobadan yeni çıxmış isti və xırçıldayan  lahmacunu hamımız sevirik . Xüsusilə evdə yemək bişirmək istəmədiyimiz vaxtlarda, ağılımıza  pizza ya da lahmacun sifariş vermək gəlir. Amma evə gələnə qədər o xırçıltısı itir. Artıq həm xirçıldayan, həm isti, həm də istədiyiniz ləzzətdə lahmacun bişirmək, sifariş verməkdən daha asandır. Xəmir acıtmağa, açmağa ehtiyac yoxdur. Yalnız istədiyiniz kimi içliyi hazırlayıb, təxminən on dəqiqə sonra da lahmacunlarınızı ləzzətlə yeyin.

Tərkibi:

  • 5 ədəd lavaş
  • 200 qr qiymə(qoyun və ya dana əti)
  • 1 baş soğan
  • 1 ədəd pomidor
  • 1 çimdik doğranmış cəfəri
  • duz istiot

Hazırlanma qaydası:

Dərin bir qaba 200 qr qiyməni qoyun. Üzərinə 1 ədəd rəndələnmiş pomidoru və soğanı tökün. 1 çimdik xırda doğranmış cəfəri, duz və istiot səpin. Əlinizlə yaxşıca yoğurun. Əgər lahmacun içliyi qatı olarsa su ya da zeytun yağı əlavə edib təkrar yoğura bilərsiniz. Lavaşları dəzgahın üzərinə sərin. Lavaşların üzərinə hazırladığınız qiymədən qoyun.Əlinizlə yaxşıca yayın. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada üstü qızarana qədər bişirin. Bişdikdən sonra sobadan çıxardın.Üzərlərinə limon və cəfəri əlavə edib isti halda nuş edin.
Lahmacun
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий