25 dəqiqə vaxtınızı alacaq bişmədən hazırlanan tort

Порций:   Время приготовления:

Bu deserti hazırlamaq və yemək çox az zaman aparacaq. Hər həftə süfrənizi bəzəyəcək asan və ləziz şirniyyatlar sırasına birini də əlavə edin. Bişmədən hazırlanan peçenyeli tort

Tərkibi:

Korj əvəzi:
  • 300 qr kakaolu peçenye
Krem üçün:
  • 75 ml su
  • 250 qr xama
  • 250 qr kəsmik
  • 100 qr şəkər tozu
  • 1 x/q jelatin
Bəzək üçün
  • kiçik şokolad
 
 

Hazırlanma qaydası:

Krem üçün 1 x/q jelatini ilıq suya töküb, bir neçə dəqiqə yumşalmağa qoyuruq. Sonra qazana töküb, az odda qarışdıraraq bişiririk. Kənarda soyumağa qoyuruq.  Kəsmik, xama və şəkər tozunu blender və ya mikserlə qarışdırın. Jelatini də kütləyə töküb, qarışdırmağa davam edirik. Tortu hazırlayacağımız qabı düzbucaqlı formada seçib, dibinə bir qat peçenye düzürük. Üzərinə krem töküb, ikinci qat peçenyeləri döşəyirik. Yenidən kremləyib, prossesi təkrarlayırıq. Beləcə hər 2 qat 3 dəfə təkrarlanır. Tortumuzu minimum 5 saat müddətində soyuducuda gözlədirik. Bu zaman şirniyyatımızın dadı daha da gözəl olur. Sondatortun üzərini rəndələnmiş şokoladla bəzəyirik.

NUŞ OLSUN! 

bishmeden_hazirlanan_tort

     
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий