8-ci iştirakçımız Leyla Zeynalova

Порций:   Время приготовления:

1. Sobada pirojki

2st ilıq su
2st süd
2 x/q şəkər tozu
2 st duru yağ
1 x/q maya
2 yumurta
duz ve apardığı qədər un
Bu ərzaqlardan xəmir yoğrulur. Xəmir açıyandan sonra içinə istənilən içlik qoyulub, üzərinə yumurta sarısı çəkilir. Sobada üzəri qızaranadək bişirilir.
ley
2.Kartof küküsü
 2-3 ədəd kartof və 1 baş soğan sürtgəcdən keçirilir. 2-3 ədəd yumurta, duz və istiot ( zövqə görə 1 diş sarımsaq) vurulur. Qarışdırılıb,  isti yağli tavaya tökülür. Eyni göyərti küküsü kimi bişirilir.
ley1  
3. Toyuq filesindən kotlet:
1toyuğun döş əti və  1 baş soğan ətçəkən maşından keçirilir. 1 ədəd pomidor və 1 ədəd bibər kub şəkilində doğranıb, ətə əlavə olunur. 1 ədəd yumurta, duz və istiot da qatılıb, kotlet formasına salınır. Zövqə görə suxariyə batırılıb, bol yağda qızardılır. 
ley2

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий