Abşeron tortu

Порций:   Время приготовления:

13664553_917525375060358_1096611670_nUzun illərin məşhur Abşeron tortu resepti yenidən süfrələrinizi bəzəsin.

Tərkibi:

  •  3 stəkan un
  • 4 yumurta
  • 2 stəkan şəkər tozu
  • 4 xörək qaşığı sirkə
  • 0.5 çay qaşığı soda
  • 4 xörək qaşığı mət(mürəbbə suyu)
  • 1 paket vanil
Kremi üçün: Üzərinə:
  • 1 paket kremşanti
  • 1 stəkan süd
  • 1oo qr qoz ovuntusu
Ara qatlarına yaxmaq üçün:
  • 1 banka qatlaşdırılmış süd
  • 200 qr kərə yağı
  • 300 qr qoz ovuntusu

Hazırlanması:

Öncə yumurta və şəkər tozu çalınır.  Stəkana 4 xörək qaşığı sirkə töküb üzərinə 0.5 çay qaşığı soda əlavə edib, qaşıqla qarışdırın. Köpürən qarışığı yumurta və şəkər tozu qarışığına tökün. Mürəbbə suyunu və vanili əlavə edib yenidən çırpın. Unu da əlavə edib qarışdırın.  Xəmiri 3 hissəyə bölüb bişirin.Yağlanmış soba sinisinə xəmirin  1-ci hissəsini töküb, 180 dərəcə qızdırılmış sobada üzəri qızılı rəng alanadək bişirin. Qalan xəmiri də bu qayda ilə bişirin. Kremi üçün qatılaşdırılmış süd ilə kərə yağını çalın. Kekslərin arasını kremləyib, qoz ovuntusu səpin. 1 paket şanti tozu ilə südü birgə mikserlə qarışdırın. Hazır şanti kremini tortun üzərinə yaxıb, zövqə görə qoz ovuntusuyla bəzəyin. Bir neçə saat otaq temperaturunda gözlətdikdən sonra Abşeron tortunu süfrəyə verin.

Nuş olsun!


13664553_917525375060358_1096611670_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий