Acarsayağı xaçapuri

Порций:   Время приготовления:

13565975_910204649125764_2002671696_nGürcü mətbəxinin sevimli yemək növü sayılan xaçapurinin bir çox növü var. Biz Sizə Acarsayağı xaçapurinin hazırlanma qaydasını təqdim edirik. Gürcüstanda səfərdə olanlarınıza bu təamın dadı yəqin ki, yaxşı tanışdır.

Ərzaqlar:

Xəmiri üçün:
  • 2 stəkan un
  • 5-7 qram toz maya
  • 1 stəkan süd
  • 1 çay qaşığı duz
  • 2 çay qaşığı şəkər tozu
  • 2 xörək qaşığı duru yağ
Üzəri üçün:
  • 3-6 ədəd yumurta
  • 250 qr suluquni pendiri ( digər pendir növü də istifadə edə bilərsiniz)
 

Hazırlanması:

Bir qabda un, maya, duz, şəkər tozu, süd və duru yağı töküb xəmir yoğurun. Xəmirin üzərini sellofanla örtüb, 40-50 dəqiqəlik acımağa qoyuruq.Yenə xəmiri yoğurub, 40-50 dəqiqəlik gözlədirik. Pendiri sürtgəcin xırda gözündən keçirib,üzərinə bir az süd və ya su tökürük(yumşaq olsun deyə). Hazır xəmiri 3-4 hissəyə ayırırıq. Ayırdığımız kündələri əlimizlə 5 mm qalınlığında açırıq, Sonra kənarlarını bükürük.Orta qisminə pendirli içlikdən qoyuruq. 240 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişiririk. Yumurtaları sarısından ayırırıq. Sonra xaçapuriləri sobadaN çıxarıb, çəngəllə üzərində yuvacıqlar açırıq. Yumurta sarılarını o yuvacıqlara töküb yenidən sobaya 5 dəqiqəlik bişməyə qoyuruq. Hazır xaçapurilərin üzərinə 2-3 dilim kərə yağı qoyub, kənarlarını fırçayla yağlayırıq. Bu xaçapuri həm də, tutumlu səhər yeməyidir.
 
 
13565372_910204585792437_396551823_n
 
 
 13565975_910204649125764_2002671696_n
 
 
 
 
 
    Nuş olsun!
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий