Ağızda əriyən Limonlu qurabiyə

Порций:   Время приготовления:

Bu dietik şirniyyatı hazırlamağa minimum zaman və ərzaq sərf edəcəksiniz.

limonluuu

 

Ərzaqlar:

  • 1 ədəd limon
  • 100 qr kəpəkli un
  • üyüdülmüş yulaf
  • 2 ədəd yumurta
  • 200 ml yağsız qatıq
  • şəkərəvəzləyicisi və qabartma tozu (zövqə görə)

Hazırlanma qaydası:

 Yulaf və kəpəkli unu qarışdırıb, zövqə görə şəkərəvəzləyici və qabartma tozu əlavə edin.  Qatıq və yumurtaları da qarışıma əlavə edin. Üzərinə qabığı ilə birgə blenderlə püre halına gətirilmiş limon da tökün.  Xəmiri qarışdırıb, qoz böyülüyündə kündələr qopardın. Əlinizlə üzərinə basaraq qurabiyə formasını verin.  Qurabiyələri perqament kağızı sərilmiş soba sinisinə düzüb, 200 dərəcə isidilmiş sobada 15 dəqiqə üzəri tündləşənədək bişirin.

NUŞ OLSUN!

limonlu_qurabiye

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий