Ağızda əriyən piroq

Порций:   Время приготовления:
Bu alma (digər meyvələr də olar) və kəsmiklə hazırlanan zərif piroqu çeynəmək lazım deyil. Ağzıda əriyən bu piroq həm dadlı,həm də faydalıdır. Xüsusilə uşaqların ürəyincə olan desertdir. 
eriyen piroq
 
 

Tərkibi:

  •  250 qr kəsmik
  • 2 ədəd yumurta
  • 3 xöək qaşığı şəkər tozu
  • 1 çimdik duz
  • 0,5 stəkan xama
  • 3 xörək qaşığı un
İçlik üçün:
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı şəkər tozu

Hazırlanması:

Öncə almaları təmizləyin və halqavari  doğrayın. Piroqu bişirəcəyiniz dərin bir qabı ocağın üzərinə qoyun. Kərə yağı töküb almaları şəkər tozu səpin və qazanda 4 dəqiqə ərzində bişirin. Xəmiri üçün kəsmiyi xırdalayın, üzərin şəkər tozu, yumurta, xamanı və un töküb yaxşıca qarışdırın. Hazırladığınız xəmiri qazanda bişən almaların üzərinə töküb 1 dəqiqə odun üzərində saxlayın. Daha sonra piroqu 200 dərəcə qızdırılmış sobada hazır olanadək bişirin. Bişən piroqu soyudub, doğrayın.

Nuş olsun!

pirooooq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий