Ağlayan keks

Порций:   Время приготовления:
13401414_899036013575961_1772713890_nKakaolu keksin üzərinə şanti kremi  və şokolad sousu tökülərək hazırlanan ağlayan keks, şirniyyat sevənlərin ürəyini fəth edəcək.   
 
 

Tərkibi:

  • 4 yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan un
  • 4 xörək qaşığı süd (ilk mərhələ üçün)
  • 1 paket kakao -100 qr (kəskin kakao dadını xoşlamayanlar kakaonu azalda və ya şəkər miqdarını artıra bilərlər.)
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 1,5 stəkan süd (üzərinə tökmək üçün)

Kremi üçün:

  • 1 paket şanti krem
  • 1 stəkan soyuq süd

Sousu üçün:

  • 2 stəkan süd
  • stəkanın 3/4 ü qədər şəkər tozu
  • 1 çay qaşığı nişaşta
  • 1,5 xörək qaşığı kakao
  • 200 qr şokolad

Hazırlanması:

Öncə yumurta və şəkər tozunu mikserlə çırpın.Üzərinə 4 xörək qaşığı süd əlavə edib yenə çalın.Un, kakao, qabartma tozu və vanil əlavə edib yenidən qarışdırın. Keks qarışığını dördkünc odadavamlı şüşə qaba töküb 180 dərəcə qızdırılmış sobada bişirin.Bişən keksi soyuması üçün kənara qoyun. İlıq keksin üzərinə 1,5 stəkan südü tökün. Kremi üçün krem şanti ilə 1 stəkan südü mikserlə çalıb, keksin üzərinə yaxşıca yayın.Soyuducuda ən az 3-4 saat gözlədin. Bu ara sousu üçün süd və şəkər tozunu birlikdə qaynadın.Kiçik bir qabda nişasta və kakaonu çox az su ilə əridin. Qaynamış südün içərisinə töküb qarışdırın.Üzərinə şokoladı kiçik-kiçik qırıb əlavə edin. Yaxşıca qarışdıraraq şokoladları əridin. Bişdikdən sonra soyudun. Süfrəyə verərkən, keksi dördkünc kəsib üzərinə sous tökün.

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий