Albalı mürəbbəsi

Порций: 3 kq   Время приготовления:

Vishne MurebbesiAlbalı mürəbbəsi bişirmək istəyənlər üçün izahlı reseptimizi təqdim edirik.

Lazım olan ərzaqlar:

  • 3 kq albalı
  • 3 kq şəkər tozu
  • 1,5 stəkan su

Hazırlanma qaydası:

Albalılıar saplağından temizlenib, yuyulur. Əgər albalıda qurd olmasından şübhələnirsinizsə, yuduqdan sonra yarım saat suyun içərisində saxlayın ki, suyun dibinə çöksün. Məhz buna görə yarım saat tamam olanda giləmeyvələri süzmədən, əlinizlə hissə-hissə götürüb,digər qaba yığın.

Sonra albalıları yenidən yuyub, mürəbbəni bişirməyə başlayın.  Şəkər tozunu 1,5 stəkan suya töküb, az odda şirə olanadək bişirin. Giləmeyvələri şirəyə töküb, biraz saxlayın ki, şirəni özünə çəksin. Sonra ocağı sondürün.

Mürəbbə tam soyuduqdan sonra, yenidən ocağın üzərinə qoyub, yüksək odda bişirin. Üzərinə yığılan kəfi təmizləyib, ocağı söndürün. Bişmiş Albalı mürəbbəsini tam soyudub sterlizə edilmiş bankalara doldurun. Bankaları qapaqla möhkəm bağlayın.

NUŞ OLSUN!

Resept üçün Afaq İsrafilovaya minnətdarıq.


vişnə mürəbbəsi

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий