Albalı piroqu

Порций:   Время приготовления:

12931149_989992024429229_8867296887850075753_nSevimli giləmeyvələrin mövsümündə, evinizi Albalı piroqu ilə ətirləndirin.

Tərkibi:

  • 200 qr un
  • 180 qr kərə yağı
  • 150 qr şəkər tozu
  • 4 yumurta
  • 1 ç/q vanil
  • 1 ç/q qabartma tozu
  • 350 qr dondurulmuş tumsuz albalı (mövsümündə dondurulmamış təzə albalı da istifadə etmək olar)
  • 2 x/q şəkər kirşanı

Hazırlanma qaydası:

  1. Yağla şəkər tozunu mikser vasitəsilə çalın. Yumurtaları bir-bir ələvə edib, qarışdırmağa davam edin.
  2. Un ,qabartma tozu və vanili ələyib, az-az qarışıma əlavə edərək, xəmir hazırlayın.
  3. Xəmirin yarısını yağlı kağız sərilmiş soba qəlibinə töküb, üzərinə albalıları(vişnələri) düzün. Əgər dondurulmuş albalı istifadə edəcəksinizsə,  piroqu hazırlamazdan bir neçə saat öncə meyvələri dondurucudan çıxarın ki, əriyib, suyunu tam buraxsın. Tər meyvə ilə bişirəcəksinizsə, sadəcə albalıların tumunu təmizləyin.
  4. Piroqu 180 dərəcə qızıdılmış sobada, 35-40 dəqiqə bişirin. Soyuduqdan sonra üzərinə şəkər kirşanı  səpib, çay süfrəsinə təqdim edin.
şəkər kirşanıalbalı piroqupiroq    

Resept üçün Liza xanıma minnətdarıq.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий