Alma gülləri

Порций: 6 ədəd   Время приготовления: 30 dəqiqə

FB_IMG_1457643167674Çox vaxt sərf etmədən dadlı şirniyyat hazırlamaq istəyirsinizsə, Alma gülləri reseptini sınayın.

Lazım olan ərzaqlar:

  • 2 xörək qaşığı su
  • yarım limonun suyu
  • 2 ədəd qırmızı alma
  • 1 milföy xəmiri
  • 3 xörək qaşığı ərik mürəbbəsi(cemi)
  •  şəkər pudrası

Hazırlanma qaydası:

1 Bir qazanda su və limon suyunu qarışdırın. Qabıqlarını soymadan incə dilimlədiyiniz almaları limonlu suya əlavə edin. 3-4 dəqiqə almaları yüngül bişirin.

2 Milföy xəmirini  oxlovla incə açıb 6 lent forması kəsin. Ərik cemini balaca bir qazana töküb üzərinə üç xörək qaşığı su əlavə edib isidin. Milföy xəmirdən kəsdiyiniz lent formalarını yağlı kağız sərilmiş bir dəzgaha sərib üzərinə cem sürtün. Almaları səliqə ilə lentin üzərinə düzüb, darçın səpin. Lentləri ehtiyatla büküb, gül formasına salın.

3 Əldə etdiyiniz alma güllərini muffin qəliblərinə qoyun və əvvəlcədən 190 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin. Üzərinə şəkər pudrası səpib, süfrəyə verin.

NUŞ OLSUN!

FB_IMG_1457643167674

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий