Almalı marmelad

Порций:   Время приготовления:

MARMELADƏziz kulinarlar, təqdim edəcəyimiz bu resept uşaqlar, eləcə də, pəhrizdə olan böyüklər üçün çox faydalı şirniyyat növüdür.

Almalı marmeladın tərkibi:

  • 5 ədəd böyük alma
  • 100 qr şəkər tozu
  • 2 x/q kartof nişastası  (kraxmal)
  • 100 ml su
  • 20 qr jelatin

Hazırlanma qaydası:

1 Jelatinin üzərinə su töküb, şişməsini gözləyirik.

2 Nişastanı az miqdar suda açırıq.

3 Almaları qabığından ayırıb, içərisini təmizləyib, sürtgəcin iri gözündən keçiririk. Rəndələnmiş almaları ocağın üzərində qaynadıb, sonra az odda daim qarışdırıraraq 30 dəqiqə bişiririk. Üzərinə nişasta töküb, bişiririk. Alınmış püreni blenderdən keçiririk.

4 Jelatini suda tam əriyənədək qaynadıb, püreyə əlavə edib, qarışdırırıq.

5 İstənilən formanı görüb, içərisinə yeyinti sellofanı çəkirik. Marmeladı bura töküb, soyducuda tam bərkiyənədək saxlayırıq. Sonra çıxarıb, kəsirik. Süfrəyə verərkən üzərini meyvə qurusu ilə bəzəmək də olar.

NUŞ OLSUN!


MARMELAD