Almalı qurabiyə

Порций:   Время приготовления:

 Almadan növbəti dadlı şirniyyat bişirək.

alma1

Tərkibi:

  •  120 qr şəkər tozu
  • 1 paket vanil
  • 4 yumurta
  • 200 qr marqarin
  • 500 qr un
  • 1 paket qabartma tozu
  • 3 ədəd alma

Hazırlanması:

 Öncə yumurtanı şəkər tozu və vanillə çırpıb, üzərinə ərinmiş marqarin əlavə edib, qarışdırın. Başqa qabda un və qabartma tozunu qarışdırıb, kütləyə əlavə edin və qaşıqla qarışdırın. Almaların qabığını soyub kub formasında doğrayın və hazırladığınız kütləyə əlavə edin. Yağlı kağız sərilmiş soba sinisinə kütlədən qaşıqla kiçik təpəciklər halında qoyun. 200 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək təxminən 10-15 dəqiqə bişirin.

alma

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий