Almalı sadə piroq

Порций: 10 nəfərlik   Время приготовления: 1 saat

Almali Piroq3Meyvəli tez hazırlanan asan və dadlı piroq resepti ilə tanış olun.

 

 

 

 

Ərzaqlar:

  • Yumurta -1 ədəd
  • Şəkər tozu -0,5 stəkan
  • Yağ -125 qram
  • Un 2,5-3 st
  • Vanil
  • Qabartma tozu
İçi üçün
  • 3-4 orta ölçülü alma
  • 3 xörək qaşığı şəkər tozu
  • Qoz -100 q
   

Hazırlanması:

Almalar qabığından təmizləndikdən sonra, sürtgəcin böyük gözündən keçirilir. Zövqə görə almalar turş və ya şirin götürülə bilər. Üzərinə 3 x.q şəkər tozu əlavə edilir və ocağın üstünə qoyulur. Təqribən 2-3 dəqiqə ərzində şəkər tozu əriyənə qədər qarışdırılır. Sonra ocağın altını söndürüb, içlik soyumağa qoyulur. Soyuduqdan sonra qoz xırda -xırda doğranıb, içliyin üzərinə əlavə edilir.

Keçək xəmirin hazırlanmasına:

1)Yumurta və şəkər tozu qarışdırılır.

2) Otaq temperaturunda yumşalmış yağ əlavə olunub, yenidən qarışdırılır.

3)Vanil, qabartma tozu və un ələnib, qarışımın üzərinə səpilib, qarışdırılır.

Yumşaq xəmir alınır. Xəmir 2 hissəyə ayrılıb, soyuducuda yarım saat gözlədilir. Piroqu bişirmək üçün, soba sinisinə, yağlı kağız yerləşdirilir. Xəmirin birici kündəsi sürtgəcdən keçirilir. Üzərinə içlik tökülür. Qalan xəmir də sürtgəcdən keçirilib içliyin üzərinə səpilir.

Almali Piroq2

Piroq 180 dərəcə qızdırılmış sobada, 30-35 dəqiqə ərzində bişirilir.

Almali Piroq

Nuş olsun!

Resept üçün Xanım xanıma minnətdarıq.


Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий