Almalı şarlotka

Порций:   Время приготовления:

sharlotka2Dadlı və asan hazırlanan Almalı şarlotka reseptini sizə təqdim edirik. Qeyd edək ki, məhs bu şarlotka multivarka aparatında bişirilib. Multivarkanız yoxdursa asanlıqla sobada hazırlaya bilərsiniz.

Tərkibi:

  • 4 ədəd yumurta
  • 1 stəkan şəkər tozu (200 qr)
  • 2 tam doldurulmamış stəkan un
  • 1 ç/q qabartma tozu
  • 1 x/q bitki yağı
  • 2 ədəd alma

Hazırlanma qaydası:

Əgər piroqu multivarkada bişirəcəksinizsə, xəmiri hazırlayanadək multivarkanınisinmə funksiyasını 20 dəqiqəlik işə salın. Yumurtanın ağını sarısından ayırırıq. Öncə ağını tam köpüklənənədək çalırıq, üzərinə şəkər tozu əlavə edib, qarışdırmağa davam edirikş Sonda yumurtanın sarısını da tökürük. 

Unu ələyib, içərisinə qabartma tozu səpirik. Az-az  kütləyə əlavə edib, qarışdırırıq. Yağı da xəmirin üzərinə tökürük. Hazır xəmiri multivarkanın yağlanmış qəlibinə töküb, üzərinə doğranmış almaları qoyuruq. Multivarkanın bişirmə funksiyasın yandırıb, 1 saat ərzində bişiririk. 

Sobada hazırlayacaqsınızsa, 180 dərəcədə 40-50 dəqiqə bişirə bilərsiniz.

Resept üçün Aksu xanıma təşəkkürlər.


 sharlotka4 sharlotka3

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий