Antakya tepsi kababı

Порций:   Время приготовления:

kabab

 Türk mətbəxinin Antakya tepsi kababı resepti ilə tanış olun.
 
 
 

Tərkibi:

  • 500 qr qiymə
  • 1 baş soğan
  • 1 ovuc doğranmış keşniş
  • 1 ədəd bolqar bibəri(qırmızı)
  • 1 ədəd acı bibər
  • 2 ədəd pomidor
  • 1 ç/q  tomat
  • 1 ç/q bibər salçası
  • duz,qara və qırmızı istiot,
  • 1 ç/q pul bibər

Hazırlanma qaydası:

Soğan və şirin bibəri ət maşınından keçirin. Keşnişi xırda doğrayın. Doğranmış ərzaqlari qiyməyə əlavə edib,  duz, istiotunu səpib, yaxşıca yoğurun.

qiymə

Əti bişirəcəyiniz qabın hər tərəfinə tomat sürtün.

tomat

Hazır qiyməni qaba yayıb, üzərinə doğranmış pomidor və bibərləri düzün.

bibər

Yeməyin rahat kəsilməsi üçün  əti bişməzdən öncə, dilimlərə bölə bilərsiz. Əti qoyduğunuz qabın üzərini folqa ilə bağlayıb, 200 dərəcə qızdırılmış sobada, 40-45 dəqiqə bişirin. Ət bişdikcə, kənarlarına yığılan suyunu üzərinə gəzdirsəniz,  tepsi kababınız daha ləzzətli olacaq.

12541102_944028062358959_987369906446768087_n

Antakya kababını istədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz. Nuş olsun!

antakya tepsi kababı

Resept üçün Liza xanıma təşəkkürlər.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий