Arıqlayanlar üçün salat

Порций: 2 nəfərlik   Время приготовления: 10 dəqiqə

Yay fəsilində ən çox diqqət etdiyimiz mövzulardan biri də bədən ölçülərimizdir. Arzuladığımız çəkiyə çatmaq üçün, müxtəlif dietalara riayət etmək məcburiyyətində qalırıq. Dadlı və azkalorili pəhriz təamları axtarırsınızsa, təqdim etdiyimiz  salatı hazırlayıb, yeyərək arıqlayın.

Tərkibi:

  • 2 ədəd bişməmiş yerkökü
  • 1 ədəd alma
  • 2 ədəd şirin bolqar bibəri
  • 1 dəstə şüyüd
  • aşağıkalorili qatıq və ya xama (3% -li)

Hazırlanma qaydası:

Almanın qabığını soyub, kiçik yarımhalqalar şəkilində doğrayın. Bolqar bibərini də kub formasında doğrayın. Yerkökünün də qabığını təmizləyib, sürtgəcdən keçirin. Ərzaqları  qatıq və ya xama ilə qarışdırıb, üzərinə doğranmış göyərti səpin.

Bu salatı günün istənilən vaxtı nuş edə bilərsiniz.


1463428797__eg6oalg-ba

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий