Armud mürəbbəsi

Порций: 2 kq   Время приготовления:

Armud Murebbesi

  • 2 kq kiçik ölçülü armud
  • 2 kq şəkər tozu
  • 1 stəkan su
  • 1 çomdik limon duzu

Armudlar yuyulub, təmizlənir. Saplaqları biraz kəsilir, alt hissəsi bıçağın ucu ilə təmizlənir. Qabığı soyulub, bir neçə yerdən bıçaqla deşilir.

Sonra, öncədən su və şəkər tozundan hazırlanmış isti şərbətə əlavə edilir, gur odda 15- dəqiqə qaynadılır. Bu müddət ərzində tez-tez meyvələri əzmədən, ehmalca qarışdırılır. Sonra kənara soyumağa qoyulur. Soyuyar-soyumaz yenidən gur ocaqda qaynadılır. Üzərinə yığılan kəfi yığılır.

Mürəbbə hazır olanda üstünə 1 çimdik limon duzu səpib, ocaqdan götürülür. Tam soyudub, steril bankalara doldurulur. Qapaqla möhkəm bağlanıb, sərin yerdə saxlanılır.

NUŞ OLSUN!

Resept üçün Arzu xanıma minnətdarıq.


armud mürəbbəsi
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий