Armudlu piroq

Порций:   Время приготовления:

Hər kəsin ağız dadına uyğun Armudlu piroqun hazırlanma qaydası ilə tanış olun.

Ərzaqlar:

  • 2 ədəd yumurta
  • 1/2 stəkan şəkər tozu
  • 2oo qr xama
  • 1/2 banka qatılaşdırılmış süd
  • 2 x/q bitki yağı
  • 0,5 ç/q soda ( sirkə və ya limon suyunda söndürülmüş)
  • q çimdik duz
  • 1 ç/q vanil( qatıq da olar)
  • un ( yumşaq  xəmir əldə edənədək)
  • 5-6 ədəd qoz ləpəsi
  • 2 ədəd armud

Hazırlanması:

Yumurtaları şəkər tozu ilə mikser vasitəsilə qarışdırın. Yerdə qalan ərzaqları da əlavə edib, qarışdırmağa davam edin. Sonda unu töküb, yumşaq xəmir hazırlayın. Soba qabını öncə yağlayıb, sonra biraz un səpin. Xəmiri töküb, üzərinə uzunsob doğranmış armud dilimləri və qoz ləpələri düzün.

armudlu_piroq1

170 dərəcə isidilmiş sobada bişməyə qoyun. Bişib, bişmədiyini yoxlamaq üçün içinə kibrit çöpü batırıb, çıxardın. Əgər çöpün kənarlarına xəmir yapışırsa, demək piroq hələ hazır deyil. Bişirdiyiniz şirniyyatı soyudub, üzərinə şəkər kirşanı da səpə bilərsiniz.

NUŞ OLSUN!

armudlu_piroq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий