Arnavut ciyəri

Порций:   Время приготовления:

arnavut ciyeri

Türk mətbəxinin sevimli xörəyi olan, Arnavut ciyəri Siz də hazırlayın.

Tərkibi:

  • 1 kq qoyun və ya dana ciyəri
  • 1 stəkan un
  • 1 baş iri soğan
  • 1 dəstə cəfəri
  • 1 x/q qırmızı istiot (üyüdülmüş)
  • 1 ç/q duz
  • 1 x/q limon suyu

Hazırlanma qaydası:

Ciyəri quşbaşı doğrayın. Unu bir boşqaba tökün. Doğradığınız ciyəri hərtərəfli una batırın. Sonra aşsüzənə və ya ələyə yığıb ələyin, ki artıq un kütləsi tökülsün. Sonra tikələri qaynar yağa salın, qırmızı istiot və duz da əlavə edib, qızardın. Soğanı yarımhalqa doğrayın, azca duz, limon şirəsi, istiot vurub qarışdırın. Soğanı ciyər qovurmasının yanına düzün. 

ciyər

Arnavut ciyəri karof qızartması ilə birgə süfrəyə verə bilərsiniz.

arnavut ciyər

Nuş olsun!

Resept üçün Liza xanıma təşəkkür edirik.

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий