ARTIQ ÇƏKİDƏN AZAD OLMAĞIN ƏN ƏYLƏNCƏLİ 8 ÜSULU

Порций:   Время приготовления:

Planetimizin ən böyük problemi qlobal istiləşmədirsə, insanların ən aktual problemi artıq çəkidir. Çağdaş dövrümüzdə elm və texnikanın sürətli inkişafı işimizi yüngülləşdirdiyi qədər də sağlamlığımıza mənfi təsir göstərir. Istifadə etdiyimiz mobil telefonlar, kompyuterlər və s. texniki əlaqə vasitələri nəinki görmə qabiliyyətimizi zəiflədir həmçınin bizi oturaq həyat tərzinə alışdırır. Artıq çəki itirməməyimizin səbəbi gərəyindən artıq qəbul edilmiş qida ilə yanaşı həm də hərəkətsizlikdir. Sizə təqdim edəcəyimiz 10 arıqlama üsulu ilə nəinki arıqlayacaqsınız, eləcə də mənəvi zövq alacaq, sağlamlığınızın qeydinə qalacaqsınız.

1. AKVAAEROBİKA
Adından da göründüyü kimi su aerobikasıdır.
Mürəkkəb fiziki hərəkətləri unudun. Sadəcə suya müqavimət göstərərək artıq kilokalorilərdən və selulitdən azad olun. Suyun

içərisində gəzə, qaça hətta rəqs edə bilərsiniz.akvaaerobika14_resized

2. Müxtəlif RƏQS növləri
Hətta ən yavaş rəqs növü sayılan vals belə sürətlə gəzintidən daha çox kalori yandırır. Son dövrdə məşhurlaşan rəqs növü zumba arıqlamağınız üçün ideal üsuldur. Zövqünüzə uyğun rəqsləri icra edib həm komplekslərdən azad olun həm də əhvalınız yüksəlsin.
zumba
3. ATÇILIQ

Əgər həyatınıza rəng qataraq arıqlamaq istəyirsinizsə mütləq bu üsulu sinaqdan keçirin. Özünüzü at belində təsəvvür edin. Bu zaman at lap yavaş addımlasa belə siz 2 saat ərzində ən azı 500kkal itirmiş olursunuz.
16705275

4. STEP AEROBİKA
Bunun üçün xüsusi məşq zallarına getməyə gərək yoxdur. Özünüzü inandırın ki,yaşadığınız binanın lifti işləmir. Gün ərzində bir neçə dəfə pilləkanla düşüb-qalxın. Bu hərərkətlər həmçinin ürək- damar sisteminizi qüvvətləndirəcək.
step_aerobika_138175640634

5. VELOSİPEDLƏ GƏZİNTİ
Yanan kalorilərin miqdarı sizin çəkinizdən və velosipedin pedalını çevirmə tezliyinizdən asılıdır. Velosipedlə hətta ən yavaş gəzinti zamanı əmin olun ki, yetərincə kalori itirirsiniz. Həmçinin yeni yerlər kəşf etmək şansınız olur.
1361906341_velosiped_dlya_dvoih

6. BOULİNQ
Elə bilməyin ki, top fırladarkən az enerji sərf olunur. Boulinq həm də darıxdırıcı idman hərəkətlərini əvəzləmək, göz və beyini məşq elətdirmək üçün əlverişli üsuldur. Odur ki, elə günü bugün dostlarınızla birgə boulinq oynamağa gedin.
cor7

7. ROLLERLƏRLƏ GƏZİNTİ
Ölkəmizdə rollerər( roliki) uşaq və yeniyetmələrin əyləncə vasitəsi kimi tanınır. Avropada isə bu arıqlamaq istəyənlər üçün əhəmiyyətli məşq növü sayılır. Rollerlərlə maraqli gəzintiyə hazırsınızmi?
patinar-imagen

8. KAPOERA
Kapoera özülü Braziliyada qoyulmuş akrobatik elementlərlə zəngin rəqs və döyüş növüdür. Azərbaycanda kapoera geniş kütləni özünə cəlb etməyi bacarıb. Rəfiqələrim arasında bu idman növü ilə məşğul olub faydasını görənlər var. Odur ki, kapoera kurslarına yazılmağa tələsin.
86f9d5ee3d2f06f0aa2f4ab2014b467e

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий