Artıq soyuducunuzun içi təmiz və qoxusuz olacaq

Порций:   Время приготовления:

 Soyuducu - mətbəxin ən önəmli hissələrindən biridir. Düzgün qulluq etmək və məhsulları səliqəli yerləşdirməklə soyuducunun ömrünü uzatmaq olar.

xolodilnik

Soyuducuya qulluq

-Əgər soyuducunun qapısının rezin ara qatı  yapışmağa başlayıba, ona bitki yağı sürtmək lazımdır.

-Soyuducunun arxa divarına yığılan toz, elektrik enerjisi istehlakını artırır. Onu heç olmasa ildə bir dəfə təmizləmək lazımdır.

Defrost soyuducunun təmizlənməsi

-Əgər defrost soyuducuda xoşagəlməz qoxu qalıbsa, bir neçə aktivləşdirilmiş kömür həb vasitəsi ilə və çovdar çörəyi dilimi ilə aradan götürmək olar. Sadəcə bir neçə dəqiqəyə soyuducuya qoymaq kifayıtdir.

-Defrost soyuducunun arxa divarını qliserinlə sürtmək lazımdır.

Soyuducunu nə ilə yuyaq?

-Sodalı su və limon şirəsi və ya sirkə ilə yuyanda, soyuducudan xoşagəlməz qoxu gəlməyəcək.

-Suda əridilmiş naşatır spirti şüşə rəflərin və parlaq səthin təmizlənməsi üçün faydalıdır.

-Xardal tozu yağ ləkələrini təmizləmək üçün yaxşıdır.

holodilnik-2

Soyuducunun xoşagılmız qoxusundan qurtulmaq üçün:

Xoş atmosfer yaratmaq və soyuducunun içində təravətli ətir olması üçün mağazadan hava fərahlandırıcı almaq lazım deyil. Evdə istifadə edəcəyiniz çoxlu təbii aromatizatorlar var. Sadəcə onları iki gündən bir dəyişmək lazımdır: -bir dilim çovdar çörəyi -alma -ətirli otlar (kərəviz, tərxun, reyhan, kəklikotu) -limon -duz, şəkər, əzilmiş aktivləşdirilmiş kömür , ardıc budağı, açıq üyüdülmüş qəhvə bankası.

Soyuducuda əriyib qalmış suları təmizləməyi unutmayın. Bu su adətən soyuducu kamerasının arxa divarında yerləşir. Pis qoxunun əsas mənbələrindən biri də odur.

xol3

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий