Badambura

Порций:   Время приготовления:

badamburaBadambura soyulmuş badam, şəkər tozu və ətirli ədviyyatdan ibarət içliklə doldurulmuş, Azərbaycan şirniyyatıdır. O, adətən paxlava, şəkərbura və şorqoğalla birgə bahar bayramı Novruz üçün hazırlanır.

Badamburanın tərkibi:

Xəmiri üçün
  • 900 qr un
  • 3 ədəd yumurta
  • 200 q kərə yağı
  • 2 xörək qaşığı xama
  • 1 çay qaşığı quru maya
  • apardığı qədər süd
 İçlik üçün
  • 500 qr badam ləpəsi
  • 500 qr şəkər tozu
  • 1/4 çay qaşığı hil
Yağlamaq üçün
  • 400-450 q əridilmiş kərə yağı

Hazırlanma qaydası:

1.  Südü bir qaba töküb ilıq qızdırırıq. Yağı da əridirik. Mayanı ilıq süddə qarışdırırıq, 5-10 dəqiqə qalıb köpüklənir. Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib yumuşaq xəmir yoğururuq. Xəmiri 2 saat ıüddətinə acımağa qoyuruq.

2. İçlik üçün,qabığı soyulub təmizlənmiş badam ləpəsinin tavada az qovururuq. Soyuyan ləpəni qoz çəkən maşından keçiririk. Çəkilmiş badama şəkər tozu və hil əlavə edib qarışdırırıq.

3. Xəmirdən 10 ədəd kündə düzəldirik. Kündənin birini götürüb un səpib oxlov ilə nazik yuxa yayırıq. Yuxanı əlimiz ilə dartıb böyüdürük və yağlayırıq. Bu qayda ilə kündələri yayıb yağlayırıq.Yağlanmış və üst- üstə yığılmış bu yuxaları rulet formasında bükürük. Bükdüyümüz yuxaları 3 sm enində kəsirik. Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük.Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq. Eyni qayda ilə hamısını hazırlayırıq. Qurumasın deyə üstünə sellofan çəkirik. Badamburaları 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. Bişirərkən badamburaların üzü qızarmamalıdır,ağ qalmalıdır. Bişmiş badamburaların üzərinə pudra şəkəri səpib, süfrəyə veririk.

Nuş olsun!


badambura xəmiribadambura

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий