Badamlı yerkökü tortu

Порций:   Время приготовления:

yerkoku2Yerkökü yeməkdən imtina edən balacalarınızı faydalı Badam və yerkökü tortu ilə sevindirin. Bu şirniyyatın tərkibində yerkökünün dadını hər kəs çox sevəcək.

Tərkibi:

Biskviti üçün:
  • 2 stəkan un
  • 6 ədəd yerkökü
  • 1,5  stəkan şəkər tozu
  • 4 ədəd yumurta
  • 1/4 stəkan duru yağ
  • 3 çay qaşığı darçın
  • 2 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı soda
Kremi üçün:
  • 1 paket krem-pendir ( Labne və s.)
  • 100 qr kərə yağı(yumşaldılmış)
  • 4 xörək qaşığı şəkər kirşanı
Arasına yaxmaq üçün
  • 5 xörək qaşığı povidla
Üzərini bəzəmək üçün
  • 200 qr badam

Hazırlanması:

Təmizlənmiş yerkökünü rəndələyin. Bir qabda yumurta və şəkər tozunu çırpın. Üzərinə un və duru yağı da əlavə edib yenə mikserlə çalın. Daha sonra üzərinə rəndələnmiş yerkökü, darçın, soda və qabartma tozu əlavə edib qarışdırın. Diametri 26 sm olan soba sinisini yağlayıb biskviti səliqəli şəkildə siniyə tökün.

badam3

180 dərəcə qızdırılnış sobada 40 dəqiqə bişirin. Biskvit bişənədək bir tavada badam ləpələrini qızılı rəng olanadək qovurun. Kremi üçün krem-pendiri şəkər kirşanı və yumşaldılmış kərə yağı ilə qarışdırın. Soyuyan yerkökülü biskviti 2 hissəyə ayırın. Alt layın üstünə povidla yaxın. 

yerkoku3

Üst layı da döşəyib, üzərinə və kənarlarına kremi hər tərəfli yaxın.

yerkoku1

Badam ləçəkləri ilə tortu bəzəyin

yerkoku

2 saat soyuducuda saxlayıb, süfrəyə verin.

yerkoku2

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий