Badımcan kotleti

Порций:   Время приготовления:

badimcan1Dad və görünüş etibarilə adi kotletdən heç də fərqlənməyən Badımcan kotleti reseptini paylaşırıq.

Tərkibi:

  •  1500 qr badımcan
  • 0,5 stəkan su
  • 150 qr bərk pendir
  • 150 qr suxari tozu
  • 100 qr çörək içi (süddə isladılmış)
  • Ədviyyat(zövqə görə)
  • 2 budaq cəfəri
  • 1 diş sarımsaq
  • 1 ədəd yumurta
  • 200 qr yumşaq pendir(suluquni,brınza,mozarella)
  • qızartmaq üçün bitki yağı

Hazırlanması:

 Badımcanların qabığını soyub yuyun. Xırda kub şəklində doğrayıb tavada yağda badımcanları yüngül qızardın. Yarım stəkan su əlavə edib qapağını bağlayın, 15-20 dəqiqə bişirin. Hazır olana yaxın 1 budaq xırda doğranmış cəfəri əlavə edin. Hazır kütləni soyumağa qoyun. Duz, rəndələnmiş pendir, suxari tozu, xırda doğranmış cəfəri, yumurta, rəndələnmiş sarımsaq və üyüdülmüş istiot (zövqə görə ), əlavə edib qarışdırın. Kotlet forması verib arasına yumşaq pendir dilimi qoyun.Kotleti un və ya suxari tozuna bulayıb, tavada yağda yüngülcə qızardın. Odkeçirməz qaba və ya yağlı kağız sərilmiş soba sinisinə qoyub 10-15 dəqiqəlik sobada qızaranadək bişirin.


badimcan1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий