Badımcan mürəbbəsi

Порций: 1 kq   Время приготовления: 6 saat

badimcan mürəbbəsiFaydalı tərəvəz sayılan badımcandan müxtəlif xörəklər və türşular hazırlanır. Bəs mixək ətirli Badımcan mürəbbəsi haqda eşitmisinizmi?

Tərkibi:

  • 1 kq badımcan
  • 1 kq 200qr şəkər tozu
  • 1 x/q limon duzu
  • 2 x/q soda
  • 5-6 ədəd mixək

Hazırlanma qaydası:

Badımcanlar yuyulur, saplağı kəsilir. Qabıqlarını soyduqca, öncədən hazırlanmış sodalı suya atılır ki, qaralmasınlar. Sodalı suyun tərkibi, 2 litr su və 2 x/q sodadan ibarət olur. Badımcanları tökdükcə, suyun üzərinə çıxıb, qaralmasınlar deyə, üstünə böyük boşqab qoyulur. Hər soyandan sonra, boşqabı qaldırıb, badımcanları suya atmaq lazımdır. Bu qayda ilə bütün badımcanlar soyulur və 3 saat sodalı suda qalır. Vaxt tamam olanda su qaralır. Sodalı suyu atıb, badımcanları təmiz suda 1 saat da saxlayırıq. Suyun rəngi yenə də  qaralır. Bu dəfə badımcanların suyunu süzüb, yaxşıca yumaq lazımdır. Mürəbbəni bişirəcəyiniz qabda su qaynadılır və içərisinə limon duzu əlavə olunur. Yuyulmuş badımcanlar bu suda 5 dəqiqə qaynadılır. Bu zaman badımcanların rəngi dəyişir. Suyu süzüldükdək sonra, badımcanlar soyudulur,halqa şəkilində doğranılır. Şəkər tozunun üzərinə 2 stəkan su tökülüb, badımcanlar əlavə edilir. 1 dəfə qaynadılıb, kənara qoyulur. Tam soyuduqdan sonra aşağı odda yenidən bişirilir. Lazım gələrsə üzərinə yenidən 2-3 stəkan su əlavə olunur. Badımcanlar tam bişdikdən sonra mürəbbə tam soyudulur. Şüşə bankalara tökülüb, soyuducuda saxlanır. 

Badımcan mürəbbəsi çay süfrəsinə təqdim olunur. 

NUŞ OLSUN!

Resept üçün, Afaq xanıma minnətdarıq.


badimcan mürəbbəsi

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий