Badımcan ruleti

Порций: 10 nəfərlik   Время приготовления: 2 saat 30 dəqiqə

badımcan ruletiBadımcandan hazırlanmış ləzzətli yeməklər çoxdur. Bəs bu faydalı tərəvəzin salatını dadmısınız? Elə isə, düşünmədən Badımcan ruleti reseptini sınayın.

Lazım olan ərzaqlar:

  • 3 ədəd badımcan
  • 2 diş sarmısaq
  • bir ovuc cəfəri və şüyüd
  • 100 qr qoz
  • mayonez, duz, istiot
  • bitki yağı

Badımcan ruletinin hazırlanma qaydası:

Badımcan olduqca faydalı və dadlı tərəvəzdir. Lakin onu hazırlayarkən bir neçə amilə diqqət yetirmək lazımdır, yoxsa bütün zəhmətiniz hədər gedə bilər. Aşağıdaki bəndləri yerinə yetirsəniz, çox gözəl nəticə əldə edəcəksiniz.

Öncə badımcanların qabığını soyub, uzun- uzun doğrayırıq. Böyük bir qaba düzüb, yaxşıca duzlayırıq. Hər 10 dəqiqədən bir üzərinə əlimizlə basıb, acı suyunu çıxarırıq. 1 saatdan sonra badımcanları yuyub, ehmalca sıxırıq ki, əzilməsinlər. Daha sonra bitki yağında hər iki tərəfini qızardırıq.  Qızarmış  dilimləri təmiz və quru salfetin üzərinə qoyub, yağını hopdururuq.

2 Badımcan dilimləri soyuyan müddətdə, içlik hazırlayırıq. Qozu və göyərtini xırda-xırda doğrayıb, mayonezə əlavə edirik.  Üzərinə sarmısaq əzirik, duz və istiotlayıb qarışdırırıq. İçlik hazırdır.

Badımcan dilimlərinin arasına içlik qoyub, bükürük.  Ruletləri bir saat soyuducuda saxlayırıq. Daha sonra, zövqə görə bəzəyib, süfrəyə veririk. NUŞ OLSUN!

badımcanbadımcan ruleti
 
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий