Badımcan salatı

Порций:   Время приготовления:

Badımcandan daha nə hazırlaya bilərəm deyirsinizsə, bu salat sizlikdir.

Tərkibi:

  • 4 ədəd badımcan
  • 4 ədəd yumurta
  • yarım baş soğan
  • 200 qr xama
  • günəbaxan yağı
  • 4 qaşıq sirkə
  • xardal, duz və istiot

Hazırlanması:

Badımcanları samanvari 3-4 mm  ölçüdə doğrayın.

badimcan2

Duzlayıb qarışdırın və kənarda saxlayın. Soğanı yarım halqavari doğrayın və qaynar su töküb marinə edin.

badimcan3

Bir neçə dəqiqə sonra suyunu süzüb üzərinə 1 xörək qaşığı şəkər tozu, yarım çay qaşığı duz, 4 xörək qaşığı sirkə töküb yenidən qaynar su tökün. Qapağını bağıayıb marinə olmasını gözləyin. Bişmiş yumurtanı da hissələrə ayırıb 2 mm qalınlığında doğrayın.

badimcan4

Badımcanların suyunu süzgəcdə bir neçə dəfə süzərək yuyun. Sıxıb, böyük qazanda qarğıdalı yağında qızardın. Soyuyan badımcanları yumurta, marinə edilmiş soğan, xama və xardalla qarışdırıb yeyin!

badimcan5

Nuş olsun!

badimcan1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий