Badımcan turşusu

Порций: 12 ədəd   Время приготовления: 3 saat

badımcan turşusuƏziz dostlar, Badımcan turşusunun hazırlanma qaydası ilə tanış olun.

Badımcan turşusunun tərkibi:

  • 12 ədəd orta ölçülü badımcan
  • 1 dəstə cəfəri
  • 1 dəstə keşniş
  • 1 baş sarmısaq
  • yarım fincan üzüm sirkəsi
  • duz

Hazırlanma qaydası:

1  Badımcanların saplağını kəsib, ortasını bıçaqla orta ölçüdə kəsirik. Duzlu suda yumuşalanək qaynadırıq. Kənarda soyumağını gözləyirik.

2.  Göyərtiləri və sarmısaqları xırda-xırda doğrayıb, duzla qarışdırırıq. İçlik hazırdır.

3.  İçliyi badımcanların arasına doldurub, şüşə bankaya kip formada yerləşdiririk. Üzərinə əlimizlə basırıq. Üzərinə sirkə töküb, qapağını möhkəm örtürük. Badımcan turşusunu 1 həftə soyuducuda saxlayırıq.  Bu müddət ərzində bankanı tez-tez çeviririk ki, sirkə və turşunun çıxan suyu bütün badımcanlara eyni dərəcədə hopsun. Məsələn 1 gün  bankanı başıaşağı, digər gün isə başıyuxarı çevirə bilərsiniz.

4.  1 həftə sonra turşumuz hazırdır. İsti xörəklərin yanında süfrəyə verə bilərsiniz. NUŞ OLSUN!

Resepti bizimlə paylaşdığı üçün, Nigar xanıma təşəkkürlər.


badımcan turşusu

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий