Bal haqda bilmədiklərimiz, Xalis balın ayırd edilməsi

Порций:   Время приготовления:

Bal, arıların çiçəklərdən çəkdiyi B vitamini ilə zəngin, şirin  qidadır. Balın arı şanı balı, şabalıd balı, pətək balı, şam balı, kəklik balı və s. növləri var. Ən keyfiyyətli bal saf və nisbətən qatı olan baldır.

13089997_872331356246427_1695272993_n13081942_872331616246401_137156314_n

Bu faydalı təam qlükoza, fruktoza, dəmir, kalsium, fosfat, natrium, xlor, kalium, maqnezium kimi minerallardan ibarətdir. Ayrıca B1, B2, B3, B5, B6 vitaminləri ilə olduqca zəngin qida qaynağıdır. Buna görə balın güclü antiseptik, antibakterial xüsusiyyəti vardır. Bu xüsusiyyəti sayəsində bir çox xəstəliklərin qarşısını alır. Bal çox güclü enerji qaynağıdır. Qida dəyəri yüksək olan bal, qan azlığından əziyyət çəkənlər üçün əla vasitədir. Bədəni və gözləri qüvvətləndirir, boğaz ağrıları və iltihablarda faydalıdır, mədə və bağırsaqlardakı yaralara xeyirlidir, əsəbləri sakitləşdirir.

13090249_872331276246435_408175120_n

Bal güclü ürək döyüntüsü və yüksək təzyiqdən qoruyur. Qanı təmizləyir, qan dövranını yaxşılaşdırır, damar sərtliyinə faydalıdır. Südə qarışdırılmış bal bağırsaqdakı parazitləri məhv edir. Bal yaraların tez sağalmasına kömək edir. İlıq su ilə qarışdırır, şərbət hazırlayaraq içilsə, bir neçə dəqiqədə qana qarışaraq bədənə enerji verir. Şərbəti ilə qarqara boğazı rahatlaşdırır. Qeyd edək ki, 1 yaşına kimi uşaqlara bal verilməsi məsləhət görülmür.

mozhno-li-davat-med-detyam

Bundan əlavə balın kosmetoloji faydaları da var. Təbii arı balı dərinin gözəlliyi üçün, əvəzsiz vasitədir: dərini nəmləndirir, yumşaldır və qidalandırır. Hazırda satışda baldan hazırlanmış, müxtəlif şampunlar, sabunlar, kremlər və digər kosmetoloji vasitələrə rast gəlmək olar.

670x379_ap_myod

Əziz oxucularımız, bal seçimində, xarlanan ballara daha çox üstünlük verməliyik. Balın yüz illərlə xarab olmadan qalmasının səbəbi xarlanmasıdır. Xarlanmış bal heç vaxt öz keyfiyyətini itirmir. Həmçinin, bu şirin qidanı alarkən, olduqca diqqətli davranmalıyıq. Mütləq etibar etdiyimiz, sınanmış mənbələri seçməliyik. Çünki, çox vaxt şəkər ilə düzəldilmiş və ya qatışdırılmış bal satan hiyləgərlərə aldanıb, yanlış seçim edirik. Təqdim etdiyimiz üsullarla aldığınız balın xalis olub-olmadığını asanlıqla  yoxlaya biləcəksiniz.

  1.  Balı qaşıqla götürdükdən sonra, qaşığı çeviririk, bal qırılmırsa, deməli heç bir qatqısı yoxdur.
  2. İkinci üsul isə balın qoxusuna görə ayırd edilməsidir.  Məsələn şam balından mütləq şam ətiri gəlməlidir. Süni hazırlanmış balların isə heç bir qoxusu olmur.

13101361_872331446246418_109307094_nbal_00

Sonda isə, hər birinizə xalis bal kimi şirin həyat arzu edirik.