Ballı biskvitlə çox sadə tort

Порций: 10 dilim   Время приготовления: 1 saat

balli_tort1Biskvit hazırlamağın ən sadə üsulunu təqdim edirik. Ballı biskvitlə asan  tort reseptini mütləq sınamağa dəyər.

Tərkibi:

  •  6 ədəd yumurta
  • 160 qr şəkər tozu
  • 2 xörək qaşığl bal
  • 190 qr un
Krem üçün:
  • 1 qab bişmiş qatılaşdırılmış süd
  • 150 qr kərə yağı
  • 1 çimdik vanil
Qlazur üçün 
  • 150 qr damla şokolad
Üzərini bəzəmək üçün
  • doğranmış qoz ləpəsi

Hazırlanması:

Öncə yumurta, şəkər tozu və balı ağaranadək çalın. Yavaş-yavaş unu əlavə edərək, aşağıdan yuxarı doğru qarışdırın.170-180 dərəcədə bişirib soyudun. İstəyə görə ya sadə biskvit kimi yeyə, ya da korju 2-3 hissəyə ayırıb, bişmiş qatılaşdırılmış südlə 150 qr kərə yağından hazırladığınız kremi korjlara yaxıb, tort hazırlaya bilərsiniz.Üst qata şokoladlı qlazur yaxıb xırdalanmış qozla bəzəmək də olar. Bir az gözlədib süfrəyə verə bilərsiniz.

Nuş olsun!


balli_tort

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий