Ballı irislər

Порций: Təqribi 70 ədəd   Время приготовления: 1,5 saat

iriƏziz kulinarlar, Ballı iris hazırlayırıq. Evdə balınız yoxdursa, 50 qr əridilmiş şokolad əlavə edib, şokoladlı iris də bişirə bilərsiniz.

 

Ərzaqlar:

  • 300 qr şəkər tozu
  • 120 qr
  • 120 qr kərə ya
  • 250 ml yağlı qaymaq və ya xama

Hazırlanması:

Şəkər tozu və balı qarışdırıb vam odda bişməyə qoyun. Qaynayıb, rəngi dəişənədək 10 dəqiqə ərzində durmadan qarışdırın. Otaq şəraitində olan kərə yağını yavaş-yavaş kütləyə tökün. Kənarda isidilmiş qaymaq və ya xamanı da əlavə edin. Durmadan qarışdıraraq, lazımı qatılığa çatdırın. Hazır olub, olmadığını yoxlamaq üçün, kütlədən qaşıqla biraz götürüb, soyuq səth üzərinə tökün. Soyuduqdan sonra, dadına baxın. Əgər istədiyiniz nəticəni əldə etmisinizsə demek, iris hazırdır.

Sininin üzərinə yaxşıca yağlanmış perqament kağız sərin. Hazır kütləni üzərinə tökün. Tam soyumamış, bıçaqla kiçik kvadratlar formasında kəsin. Tam soyutduqdan sonra, irisləri süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!


iris
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий