Ballı tort

Порций: 8 nəfərlik   Время приготовления: 2 saat

ballı tortƏziz kulinarlar, Ballı tort hazırlayırıq. Əminəm ki, bəziləriniz, ballı tortun çətin başa gəldiyini düşünüb, özünüzü bu ləzzətdən məhrum edirsiniz.  Təqdim edəcəyim reseptə əməl etsəniz, bu şirniyyatın çox dadlı, hazırlanma qaydasının  asan olduğunun şahidi olacaqsınız.

Ballı tortun tərkibi:

Xəmir üçün

  • 3 ədəd yumurta
  • 200 qr şəkər tozu
  • 1 ç/q soda
  • 100 qr kərə yağı
  • 3 st un
  • 4 x/q bal

Krem üçün 

  • 1 banka bişirilmiş qatılaşdırılmış süd
  • 1 paket vanil
  • 200 qr kərə yağı

Hazırlanma qaydası:

1. Yumurtaları və şəkər tozunu istiyə davamlı şüşə qabda və ya qazanda qarışdırırıq. Ocağın üzərində digər böyük qazanda su qaynadırıq. Su qaynayan müddətdə qarışım olan qazanı həmin qazanın üzərinə qoyuruq. Su qazana toxunmamalıdır. Üzərinə yağı, balı və sodanı da töküb, su hamamında  durmadan qaşıqla qarışdırırıq. Təximini 5 dəqiqə ərzində qarışım tam əriyəcək. Elə bu an qazanı kənara qoyuruq. Üzərinə un ələyib, qaşıqla qarışdırırıq. Xəmir isti ikən ələ yapışa bilər. Soyuduqdan sonra bərkiyəcək.

2. Alınmış xəmiri unlayıb, 6 kündə kəsirik. Xəmir əlinizə yapışırsa, əlinizi unlaya bilərsiniz. Oxlovla xəmiri unlayıb,yayırıq. Kalkanın üzərinə qoyub, istədiyimiz formaya gətiririk. Mən üzərinə böyük boşqab qoyub, kənarlarını kəsdim. Kəsilmiş kənarları da bişirib, tortun üzərinə ovuntu hazırladım. Korjları növbə ilə eyni qaydada yayıb, kəsirik. Əvvəlcədən qızdırılmış sobada, üzərinə kalka qoyulmuş soba qabında 5 dəqiqə bişiririk. Korjlar tündləşəndə sobadan götürürük. 

3. Bişirilmiş qatılaşdırılmış südü vanil və yumuşaldılmış kərə yağı ilə mikserlə çalırıq. Krem hazırdır.

4. Tortunuzun daha da yumuşaq olması üçün korjların üzərinə bal və su ilə hazırlanmış şərbət səpə bilərsiniz. Korjları üst-üstə qoyub, arasına bol krem sürtürük.  Üzərinə ovuntu səpib,ən az 6 saat otaq şəraitində saxladıqdan sonra süfrəyə veririk. 


20160201_184606-1_resized

xəmir

korjkrem

ballı tort

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий