Balqabaq piroqu

Порций:   Время приготовления:

Balqabaq qədər faydalı ikinci tərəvəz yoxdur. Bəs doğmalarımızın immunitetin artırırmaq üçün ondan nələr hazırlaya bilərik? Misal üçün belə dadlı, zərif, qeyri-adi piroq

bal

Tərkibi:

  • 400 qr un
  • 250 qr kərə yağı
  • 3 ədəd yumurta
  • 900 qr balqabaq
  • 200 qr şəkər tozu
  • 200 ml yağlı qaymaq
  • zövqə görə 1/4 ç/q darçın və ya vanil
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Duz və unu birgə ələkdən keçirdin. Yağı da una qatıb, əlinizlə qarışdıraraq, umac hazırlayın. Üzərinə 1 ədəd yumurta da töküb, xəmir yoğurun. Xəmiri əlinizlə kürə şəkilində yumrulayıb, sellofana qoyun. Təxmini 40 dəqiqə soyuducuda saxlayın.

Bu müddət ərzində balqabağın qabığını və  tumlu hissəsini təmizləyin. Kiçik kub şəkilində doğrayın. Alt hissəsi qalın qazana töküb, üzərinə az su əlavə edin. Balqabaq tam bişdikdə su da buxarlanıb, tam çəkiləcək. Tam bişdikdən sonra,  blender və ya püreəzənlə əzin. Piroqun daha zərif olmağını istəyirsinizsə, püreni ələkdən keçirdə bilərsiniz. 

Soyuducudan çıxardığınız xəmiri unlayıb, soba qəlibinin içi və divarlarını tutacaq ölçüdə oxlovla yayın. Sobaya qoyub, 180 dərəcədə 10 dəqiqə bişirin. Bu vaxt ərzində  balqabaq püresinə 2 ədəd yumurta, şəkər tozu, qaymaq, vanil və ya darçın əlavə edin. Kütləni sobadan çıxardığınız bişmiş xəmirin içinə tökün. Yenidən sobaya qoyub, təxmini 50 dəqiqə ərzində 180 dərəcədə bişirin. Piroq soyuduqdan sonra doğrayıb, süfrəyə verin.

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий