Balqabaq qutabı

Порций:   Время приготовления: 3 saat

Bugün çoxları üçün adi tərəvəz sayılan balqabağın faydalarından danışacağıq, eləcə də balqabaq qutabı hazırlayacağıq. Əksəriyyətimiz bu tərəvəzin sonsuz faydalarından xəbərsizdir. Balqabağın tərkibi bir çox vitaminlərlə zəngindir. Öd kisəsi, qaraciyər, ürək-damar sisteminin müalicəsində geniş istifadə edilir. Orqanların təmizlənməsi üçün ideal vasitədir. Balqabaq arıqlamaq istəyənlər üçün də çox faydalıdır. Belə ki, bədəndə piyləri əritməklə yanaşı, orqanizmi mineral və vitaminlərlə təmin edir. Qeyd etmək lazımdır ki, balqabağın özü qədər, tumu da çox faydalıdır. Uşaqlara gün ərzində bir ovuc qabığı təmizlənmiş balqabaq tumu verə bilərsiniz.Odur ki ailənizi və sevdiklərinizi bu gözəl tərəvəzdən məhrum etməyin. Həftəlik rasionunuza 1 dəfə belə olsa balqabaqdan hazırlanmış təamlar daxil edin. Balqabaq qutabı buna misal ola bilər. Əmin olun ki, hazırladığınız qutabları bu tərəvəzi sevməyənlər belə rahatlıqla yeyəcək. Balqabaq qutabı üçün bizə lazımdlr:
Qutabın xəmiri üçün:

Ərzaqlar:

  • 800 qr un
  • 1 st ilıq su
  • 1 çay qaşığı duz
  • İçlik üçün
  • 500 qr balqabaq
  • 2 baş soğan
  • Əridilmiş kərə yağı
  • 1 ədəd nar
  • Duz, istiot, darçın

Hazırlanma qaydası:

Un, duz və su ilə xəngəl üçün yoğurduğumuz kimi xəmir yoğururuq. Nə yumuşaq nə də bərk olmamalıdır. Xəmirin üzərinə sellofan çəkib, çay dəsmalı ilə örtürük. Keçirik içliyin hazırlanmasına. Balqabağı doğrayıb, suda bişiririk.

Soğanları da xırda-xırda doğrayıb, qızılı rəng alanadək yağda qızardırıq. Balqabağı ya çəngəllə, ya da kartofəzənlə əzib, soğanın üzərinə əlavə edirik. Üstünə nar dənələri,duz, istiot və darçın səpib qovururuq. İçlik hazır olduqdan sonra soyumağa qoyuruq. Xəmirdən kündələr düzəldib, üzərini dəsmalla örtürük ki, qurumasın. Kündələri növbə ilə oxlovla açıb, böyük kasanın ağzı ilə dairələrə kəsirik. İçliyi qoyub kənarlarlnl birləşdiririk. Daha gözəl görünüş vermək istəyirsinizsə, çəngəlin dişləri ilə kənarlara basıb şəkildəki nəticəni əldə edə bilərsiniz. Tavanı ocaqda möhkəm qızdırıb, qutabları ikitərəfli bişiriririk. Qutabları sacın üzərində də hazırlamaq olar. Hər iki tərəf bişər-bişməz, qutabın kənarlarını yağlayıb bir qaba yığırıq. Bir müddət qapaqla bağlayırıq amma tez- tez qapağı açırırIq ki, qutabın xəmiri lığablanmasın. Balqabaq qutabının ölçüsü böyük olmamalıdır. Qutabları isti halda süfrəyə vermək olar. NUŞ OLSUN!
qutab qutab qutab qutab qutab-1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий