Balqabaqlı şokoladlı brauni

Порций:   Время приготовления:

Balqabaq faydası bitib-tükənməyən tərəvəzdir. Onun şirəsi də, mürəbbəsi də, qutabı da hətta cemi də orqanizm üçün möcüzəvi müalicəvi təsirə malikdir. Lakin nədənsə uşaqlarımız balqabağın dadını çox da sevmirlər. Bunun da, çarəsini tapmışıq. Balacalarınız üçün ideal Brauni resepti təqdim edirik. Bu şirniyyatı uşaqlar qədər,böyüklər də ləzzətlə yeyəcəklər.

brauni

 

Lazım olan ərzaqlar:

  • 120 qr kərə yağı
  • 200 qr şokolad
  • 1 stəkan şəkər tozu
  • 240 qr un
  • 4 ədəd yumurta
  • 1,5 stəkan balqabaq püresi
  • 1/4 stəkan qoxusuz bitki yağı
  • yarım ç/q darçın
  • 1 ç/q qabartma tozu
  • 1 çimdik duz
 

Hazırlanma qaydası:

25 sm-25 sm ölçülü soba formasını yağlayıb, içərisinə perqament kağızı yerləşdirin. Sobanı 175 dərəcədə isinməyə qoyun. Şokoladla kərə yağını su hamamında əridin. Un, duz, qabartma tozu və darçını bir qabda qarışdırın. Yumurtaları isə şəkər tozu ilə köpüklənənədək mikserlə çalın. Üzərinə unlu kütləni töküb, qarışdırın.  Xəmirin təxmini 1/3 hissəsini digər qaba əlavə edin, və içinə balqabaq püresi ilə bitki yağını tökün. Kütləni yaxşıca qarışdırın. Xəmirin yerdə qalanına isə əridilmiş yağlı şokoladı əlavə edin. Şokoladlı kütlənin yarısından çoxunu formaya tökün, üzərini qaşıqla hamarlayıb,balqabaqlı qarışımı da əlavə edin. Onu da hamarladıqdan sonra, yerdə qalan şokoladlı xəmir səpin. Üzərini çöpün köməyi ilə müxtəlif xətlər çəkərək, bəzəyə də bilərsiniz. Braunini sobada 35-40 dəqiqə ərzində bişirin.

brauni

Hazır brauninin içi bərk olmamalıdır. Bu qədər...

tikva

NUŞ OLSUN!

 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий