Balqabaqlı və kəsmikli Zebra piroqu

Порций:   Время приготовления:
 Balqabaq mövsümündə faydalı tərəvəzdən bol-bol şirniyyatlar hazırlayaq.
balqabaq

Tərkibi:

  • 500 qr yağsız kəsmik
  • 125 qr balqabaq
  • 3 ədəd yumurta
  • 3 xörək qaşığı manna yarması
  • 100 ml 1% süd
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı üyüdülmüş darçın 

Hazırlanması:

 Öncə bir qabda kəsmik, süd, yumurta, manna yarmasını blenderlə qarışdırın. Əldə etdiyiniz kütləni 2 hissəyə ayırın. Balqabağı rəndələyib, suyunu sıxın, üzərinə darçın əlavə edin.Balqabağı kəsmikli kütlənin 1 hissəsiylə qarışdırın. Formanı kərə yağıyla yağlayın. 1-ci ağ kütlə,2-ci narıncı kütlə olmaq şərtilə ardıcılıqla kütlə bitənədək davam edin. 180 dərəcə qızıdırlmış sobada təxminən 45 dəqiqə bişirin.
zebra
Nuş olsun!
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий