Bamiyə

Порций:   Время приготовления:
Bamiye Ləzzətli Bamiyələri Siz də hazırlayın.

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1 çay qaşığı şəkər tozu
  • 3 stəkan un
  • 1 çimdik duz
  • 100 qram kərə yağı
  • 1 xörək qaşığı düyü unu və ya nişasta
  • 2 xörək qaşığı manna yarması(zövqə görə)
Bamiyənin şərbəti üçün:
  • 4 stəkan su
  • 4,5 stəkan şəkər tozu
  • 1 xörək qaşığı limon suyu
Qızartmaq üçün:
  • 2 stəkan duru yağ

Hazırlanma qaydası:

Öncə şərbəti hazırlayaraq işə başlayırıq. Bunun üçün şəkər tozunu və suyu qazana töküb, şəkər yaxşıca əriyənədək qarışdırıb qaynamağa qoyuruq. Limon suyunu da üzərinə əlavə edərək,ocaqdan götürürük. Bamiyə xəmirini hazırlamaq üçün su və kərə yağını bir qazana töküb, su qaynamadan kərə yağını əridirik.  
Ələkdən keçirdiyimiz unu da yavaş-yavaş qazana əlavə edib, qarışdırırıq. Sonra duz və şəkər tozunu da töküb, qazana yapışmayan xəmir alınanadək aşağı odda təxminən 8-10 dəqiqə qovururuq. Qazanı ocaqdan götürdükdən sonra taxta qaşıqla dayanmadan qarışdıraraq, xəmiri qabıq tutmadan soyuduruq. Xəmir ilıqlandıqda üzərinə bir-bir yumurtaları qırırıq. Sonra nişasta və ya düyü ununu və manna yarmasını da əlavə edərək xəmiri yaxşıca qarışdırırıq. Mikserlə çalsanız, daha axıcı və hamar xəmir əldə edəcəksiniz.
Daha sonra qırçınlı başlıq taxdığımız xəmir torbasına xəmirı doldurub, sıxaraq  orta böyüklükdə bamiyələr hazırlayırı. Soyuq yağ əlavə etdiyimiz tavada zəif odda hərtərəfli qızardırıq. Qızartdığmız bamiyələri dərhal soyuq şərbətin içərisinə atıb 5 dəqiqə gözlətdikdən sonra qaba düzürü.
Qeyd: Hər qızartma əməliyyatından sonra, tavadakı yağı soyutmaq lazımdır. Əks təqdirdə bamiyələrin içərisi yaxşı bişməyəcək.

 
 Bamiye2
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий