Banan şirniyyatı

Порций:   Время приготовления:

4_2441Yəqin ki,  bu şirniyyatı sevməyən yoxdur. Təqdim edəcəyimiz reseptlə dadlı bananlar hazırlayıb, çay süfrələrinizi daha da zənginləşdirin.

Tərkibi:

  • 4 stəkan un
  • 200 qr kərə yağı
  • 200 qr xama
  • 1 paket qabartma tozu
İçlik üçün:
  • 200 qr kəsmik
  • yarım stəkan şəkər tozu
  • 1 ç/q vanil
  • 2 x/q un
Üzərinə səpmək üçün
  • şəkər kirşanı

Hazırlanma qaydası:

1 Ələnmiş unun üzərinə əridilmiş yağı, qabartma tozunu və xamanı əlavə edirik. Yumuşaq xəmir yoğururuq. Xəmiri sellofana qoyub, 1-2 saat soyuducuda saxlayırıq.

2 Bu müddətdə içliyi hazırlayırıq. Un, kəsmik, şəkər tozu və vanili qarışdırırıq. İçlik hazırdır.

3 Xəmiri soyuducudan çıxarıb,  təxmini qoz boyda kündələr düzəldirik. Oxlovla uzunsov yayıb, arasına içlik qoyuruq. Büküb,  banan formasına saldıqdan sonra, soba qabına düzürük. 180 dərəcədə 20 dəqiqə bişiririk. Hazır olduqdan sonra, üzərinə şəkər kirşanı səpib, süfrəyə veririk.

NUŞ OLSUN!


 4_2441

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий