Bananlı, kəsmikli ən asan piroq

Порций:   Время приготовления:

bananliBanan, kəsmik və yumurtadan çox dadlı və olduqca asan başagələn şirniyyat hazırlaya bilərsiniz.

Tərkibi:

  •  500 qr yağsız kəsmik
  • 5-6 banan(dəymiş)
  • 2 xörək qaşığı un
  • 1 yumurta

Hazırlanması:

 Kəsmik və bananı blenderlə püre halına gətirin. Blenderiniz yoxdursa, kəsmiyi süzgəcdən keçirib, bananı çəngəllə püre qatılığına gətirə bilərsiniz. Kəsmikli bananlı kütləyə yumurta və un əlavə edib xəmir hazırlayın. Aroması üçün bir az vanil əlavə edə bilərsiniz. Soba sinisini kərə yağı ilə yağlayıb unlayın.Hazırladığınız xəmiri formaya tökün 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Üzərini banan dilimləri ilə də bəzəyə bilərsiniz.

Bu qədər asan...Nuş olsun!


 chiz

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий