Bananlı peçenye

Порций: 15 ədəd   Время приготовления: 20 dəqiqə

12784806_831970733615823_97625298_nCəmi 15 dəqiqəyə həm faydalı həm də ləzzətli şirniyyat hazırlamaq istəyirsiniz. O zaman Bananlı Peçenye reseptini sınayın.

Bananlı peçenyenin tərkibi:

  • 2 ədəd dəymiş banan
  • 1 stəkan yulaf yarması
  • bir ovuc xırda doğranmış fındıq ləpəsi və kişmiş
  • 50 qr damla şokolad
  • 1 çimdik darçın 

Hazırlanma qaydası:

Bananlar yulaf yarması ilə qarışdırılaraq, çəngəllə əzilir. Üzərinə darçın, fındıq ləpəsi və kişmiş əlavə edilir. Qarışdırmağa davam edirik. Hazır xəmirdən  kiçik hissələr ayırıb, üzərinə zövqə görə damla şokolad da səpirik. 180 dərəcədə 10 dəqiqə bişiririk.

NUŞ OLSUN!


12784806_831970733615823_97625298_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий