Bananlı piroq

Порций:   Время приготовления: 1 saat

bananli piroqÇox sadə Bananlı piroq hazırlayırıq. 

  • 2 ədəd yumurta
  • 200 qr şəkər tozu
  • 400 qr un
  • 1 paket vanil
  • 1 ç/q soda
  • 1 stəkan yağlı qatıq
  • 2 ədəd banan

Yumurtaları şəkər tozu və vanil ilə 10 dəqiqə mikserlə qarışdırırıq. Üzərinə 1 stəkan qatığı da əlavə edirik. 200 qr un və sodanı birgə qarışımın üzərinə ələyirik. Sodanı sirkə və ya limonda öldürmək lazım deyil, qatıq bunun öhtəsindən asanlıqla gələcək. Sonra unun qalan hissəsini də əlavə edib, qarışdırmağa davam edirik. Bananın birini xırda doğrayıb xəmirə əlavə edirik. Qarışımı soba qabına töküb, digər bananı kəsib üzərinə düzürük. 200 dərəcədə 30 dəqiqə bişiririk. Nuş olsun!

bananli piroq bananli piroq

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий