Bananlı tort

Порций: 8-10   Время приготовления: 90 dəq
FB_IMG_1463224711634Tənbəllik etmədən olduqca ləziz və doyumlu Bananlı tortu Siz də, hazırlayın. Əmin olun ki, bu tort şirniyyat süfrələrinizin şah əsəri olacaq
 

Tərkibi:

Keks üçün:
  • 4 yumurta
  • 4 qəhvə fincanı şəkər tozu
  • 4 qəhvə fincanı un
  • 1 paket qabartma tozu
Krem üçün:
  • 4 stəkan süd
  • 1 yumurta
  • 4 xörək qaşığı un
  • 1 stəkan şəkər tozu
  • 1 paket vanil
Keksi islatmaq üçün:
  • 1 stəkan şəkərli süd
Şokolad sousu üçün:
  • 1 xörək qaşığı kakao
  • 1 xöək qaşığı un
  • 2 xörək qaşığı şəkər tozu
  • 1 stəkanı süd
  • 1 stəkan su
Üzəri və arası üçün:
  • qoz-fındıq
  • 4 ədəd banan

Hazırlanması:

Keksi bişirmək üçün otaq istiliyində olan yumurtanı şəkər tozuyla birlikdə 5 dəqiqə mikserlə çalırıq. Ələnmiş un və qabartma tozunu əlavə edib, taxta qaşıqla altdan üstə doğru yavaş hərəkətlərlə qarışdırırıq. Hazır  kütləni yağlı kağız sərilmiş keks qabına töküb əvvəlcədən 180 dərəcə isidilmiş sobada bişiririk. Keks qabardıqda istiliyi 160 dərəcəyə endirib, 30 dəqiqə sobanın qapağını açmadan bişiririk.

Kremi üçün südün yarısı ilə şəkər tozunu ocaqda qaynadırıq. Başqa bir qabda yumurta, un və qalan südü qarışdırıb, şəkərli süddən az-az əlavə edirik. Kütləni qaynadıb qatı krem halına gətiririk. Üzərinə vanil səpirik. Mikserlə qarışdırıb, kremi soyumağa qoyuruq.

Şokolad sousu üçün kakao, un, şəkər tozu, süd və suyu əvvəl kənarda, sonra da ocaqda qarışdıraraq bişiririk. Qatılaşanda,  ocaqdan götürürük.

Soyuyan keksi ortadan ikiyə bölürük. Hər iki keksin üzərini şəkərli süd ilə isladırıq. Arasına kremin yarısını töküb, banan dilimlərini və qoz və ya fındıq (xırdalanmış) səpirik. Şokolad sousun da yarısını, krem ​​və meyvələrin üzərinə gəzdiririk. Digər keksi üzərinə bağlayıb, qalan kremi də tökürük. Yenə banan dilimləri və qoz ya da fındıqla bəzəyib, qalan şokolad sousunu üzərinə gəzdirərək, soyuducuda ən az 2 saat, ən çoxu 1 gecə gözlədirik.

Nuş olsun!


FB_IMG_1463224711634

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий