“Baunti” konfetləri

Порций:   Время приготовления:

Evdə un qalmayıbsa, şirniyyat hazırlamaq olmaz deməyin. Bizdə hərşeyin çarəsi var. Minimal ərzaqla əsil Baunti konfetindən də, dadlı kokoslu batonlar hazırlaya bilərsiniz. 

baunti

Tərkibi:

  •  200 ml  qaymaq (20% yağlılıq)
  • 200 qr kokos yarması
  • 300 qr südlü şokolad
  • 85 qr şəkər tozu
  • 50 qr kərə yağı
  • 2 xörək qaşığı bitki yağı

Hazırlanması:

 Kərə yağı, qaymaq və şəkər tozunu zəif odda əridin(qaynatmayın!).Ocağın üzərindən götürüb kokos yarması əlavə edin və yaxşıca qarışdırın. Hazır kütləni yağlı kağız sərilmiş formaya töküb 1 saatlıq soyuducuya qoyun. Vaxt tamam olduqda soyuducudan götürüb baton formasında kəsib soyuq yerdə 1 gecə saxlayın. Buxar hamamında şokoladı əridin və kərə yağı əlavə edin. Batonları çəngəlin köməyi ilə qlazura bulayın. 

baunt

NUŞ OLSUN!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий