“Baunti” tortu

Порций: 10 dilim   Время приготовления: 1 saat

iBu tortun dadı, əsil Baunti şokoladını xatırladır. Ləzzətli olduğu qədər də, doyumludur.

Ərzaqlar:

Xəmir üçün:
  • 250 qr kərə yağı
  • 200 qr şəkər tozu
  • 200 qr un
  • 2 ç/q qabartma tozu
  • 4 ədəd yumurta
  • 4 x/q süd
  • 3 x/q kakao
Krem üçün:
  • 500 ml süd
  • 6 x/q manna yarması
  • 200 qr şəkər tozu
  • 200 qr kərə yağı
  • 200 qr kokos yarması
Qlazur üçün:
  • 200 qr südlü şokolad
 

Hazırlanma qaydası:

  1. Kərə yağını əridib, soyudun. Digər qabda yumurta və şəkər tozunu qarışdırın. Süd və  soyumuş yağı əlavə edin. Sonra, un, qabartma tozu və kakaonu qarışımın üzərinə birgə ələyərək, taxta qaşıqla qarışdırın. Hazır xəmiri soba qabına tökün. 180 dərəcə isidilmiş sobada təxmini 45 dəqiqə bişirin. Bişkvit biraz soyuduqdan sonra eninə iki hissəyə bölün.
  2. Südü ocağın üzərində bişməyə qoyun. Qaynamağa başlayanda manna yarmasını qaşıqla əlavə edib, təxmini 5 dəqiqə müddətində qarışdırın. Yumşaldılmış kərə yağını digər qabda şəkər tozu ilə mikserlə çalın. Alınmış qarışımı və kokos yarmasını manna sıyığının üzərinə tökün.  Yaxşıca qarışdırdıqdan sonra krem hazırdır.
  3. Kremi korjların üzərinə elə korj qalınlığında sürtün. Korjları üst-üstə qoyun. Ən sonda isə su hamamında əridilmiş və biraz soyudulmuş südlü şokoladı torun üzərinə səpib, yayın. Bir neçə saatdan sonra dadlı Baunti tortunu süfrəyə vermək olar.

NUŞ OLSUN!


10479172_1566593676955891_7086892524708070262_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий