Bayram üçün Toyuq salatı

Порций:   Время приготовления:

Bayram hazırlıqlarına artıq başlamısınız? Salat seçimində qərarsız qalmısınızsa, reseptimizi yadda saxlayın. 

kivisalat

 

Tərkibi:

  • 300 qr toyuğun döş əti
  • 150 qr holland pendiri
  • 4 ədəd yumurta
  • 1 ədəd yerkökü
  • 1-2 ədəd kivi
  • 1 banka konservləşdirilmiş qarğıdalı
  • mayonez
  • duz, istiot (zövqə görə)

Hazırlanması:

Öncə yerkökü və yumurtaları qaynadın. Toyuq ətini duzlu suda bişirib, əlinizlə didin. Yerkökünün qabığını təmizləyib sürtgəcin xırda gözündən keçirdin.  Yumurtaları və pendiri də həmçinin ayrılıqda xırda gözdən rəndələyin. Sonra isə işin ən maraqlı hissəsinə, salatı hazırlamağa başlayın. Geniş boşqabın ortasına ya xüsusi qab, ya da adı xrustal stəkan yerləşdirib, ərzaqları növbə ilə düzün. Öncə yumurtanı səpib, sonra mayonezləyin. Üzərinə didilmiş əti də səpib, mayonezləyin. Növbəti qat yerköküdür.

kok

Yerkökünün üzərinə rəndələnmişpendir səpib, mayonezləyin. Salatın üzərini kivi və konservləşdirilmiş qarğıdalı ilə bu şəkildə bəzəyib, stəkan və ya digər qəlibi ehtiyyatla çıxardın. Salat hazırdır.

kivisalat

NUŞ OLSUN!

   
Метки записи:
Loading...
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий