Bayram yumurtalarının boyadılması və bəzədilməsi

Порций:   Время приготовления:

FB_IMG_1457257375452Novruz bayramında milli adətlərimizdən biri də, yumurta boyamaqdır. Bəzədilmiş yumurta, qədim mədəniyyətləri olan xalqların mərasimlərində dünyanın yenidən canlanmasının rəmzi kimi xarakterizə edilərdi. Bayram süfrəmizi şəkərbura, paxlava ilə bərabər rənglənmiş yumurtalar da bəzəyir. Bu da canlı aləmin yenidən oyanışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır. Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümüdür. Bu gün sizə bayram yumurtalarının bir neçə formada rənglənməsini göstərəcəyik.  

Yumurtaları boyamaq və bəzəmək üçün bizə lazım olacaq:

  • istədiyiniz sayda yumurta
  • müxtəlif rənglərdə qida boyası
  • Təbii boyalar (nar, çuğundur, ispanaq, qırmızı soğan qabığı suyu)
  • zər, müxtəlif rəngli lentlər, yapışqan qaşlar və s.

Boyanma və bəzədilmə qaydası:

İstədiyiniz qədər yumurtaları 10 dəqiqə ərzində qaynadın. Bişmiş yumurtaları, içinə soyuq su doldurulmuş qazana yerləşdirin. Soyuyan yumurtaları sudan çıxardıb qurulayaraq kənara qoyun. Zolaqlı və ziq-zaqlı naxışlar etmək üçün, yumurtanın üzərinə müəyyən aralıqlarla lentlər yapışdırın. Hər bir rəng üçün yumurtanı sulu boya qarışığına salıb çıxardın.Rənglədigdən sonra bir salfet köməyi ilə qurulayaraq quruması üçün kənara qoyun.Quruduqdan sonra lentləri çıxarın. Yumurtanı hansı rəngə boyamaq istəsəniz o rəngi verən tərəvəzi ya da meyvəni bir qaba su qoyaraq 15-20 dəqiqə qaynadın.

Həmçinin müxtəlif rəngli xüsusi qələmlərin köməyi ilə yumurtaların üzərinə naxışlar çəkə, yapışqan qaşlarla bəzəyə bilərsiniz. Eləcə də, satışda olan müxtəlif yumurta üzlüklərini bişmiş isti yumurtanın üzərinə keçirmək olar. Əziz dostlar təqdim edəcəyimiz şəkillər fantaziya gücünüzün zənginləşməsinə xidmət edəcək.

Novruz süfrələrinizdən bir- birindən ləzzətli təamlarla birlikdə, bəzəkli  yumurtalar, həmçinin bayram əhval-ruhiyyəsi heç zaman əskik olmasın.


received_834102596735970received_834102586735971-1FB_IMG_1457255480423FB_IMG_1457255601999FB_IMG_1457257312232FB_IMG_1457257389945
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий