“Bəyaz gecələr” salatı

Порций:   Время приготовления:

Bəyaz gecələr deyəndə yəqin ki çoxumuzun yadına 90-cı illərin "sevimli" hiti  düşür.  Bilirdinizmi ki, eyni adda ləzzətli salat da var?

Tərkibi:

  • 200 qr konservləşdirilmiş göbələk
  • 2 baş kiçik soğan(qovrulmuş)
  • 2 ədəd qaynadılmış kartof
  • 1 ədəd çiy yerkökü
  • 3oo qr dana vəya toyuq eti(dil də olar)
  • 250 qr holland pendiri
  • mayonez və ya xama

Göbələkləri xırda-xırda doğrayıb, salatı hazırlayacağımız qabın dibinə düzürük. Soğanı da eyni qaydada doğrayıb, yağda qovururuq. Soyudub, yağını tökürürük. Sonra 2-ci qat qovrulmuş soğanı döşəyirik. Üzərinə mayonez və ya xama sürtürük. Bişmiş kartofların qabığını soyub, sürtgəcin iri gözündən rəndələyirik. Yenidən mayonezləyirik. Rəndələnmiş kök, üzərindən qaynadılıb, didilmiş əti də döşəyib, mayonezləyirik. Rəndələnmiş holland pendirini də səpirik. Salatımız hazırdır.

"Bəyaz gecə" salatının üzərini zövqə görə göyərti ilə bəzəyə bilərsiniz.

NUŞ OLSUN!

salat-belaya-noch

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий