Bildirçinli plov

Порций: 4 nəfərlik   Время приготовления: 2 saat

bildirçinli plovYüksək protein və bol vitamin mənbəyi olan bildirçin əti insan orqanizmi üçün çox faydalıdır. Eləcə də heç bir yan təsiri yoxdur. Əksinə, revmatizma, astma, mədə-bağırsaq və sinir xəstəliklərinin müalicəsində əvəzsiz qida növüdür. Bayram hazırlıqlarınız üçün Bildirçinli plov maraqlı fikir ola bilər.

Bildirçinli plovun tərkibi:

  • 4 ədəd bildirçin
  • 300 qr göbələk
  • 150 qr təmizlənib, bişirilmiş şabalıd
  • 100 qr qoz ləpəsi
  • 2 x/q mayonez
  • 1 ədəd soğan
  • qızartmaq üçün yağ
  • duz, istiot
Plov üçün
  • 800 qr uzun düyü
  • 200 qr əridilmiş kərə yağı
  • 1 x/q zərdəçal ( sarıkök və ya zəfəran da olar)
  • duz
Qazmaq üçün
  • 2 ədəd yumurta
  • 6 x/q bişmiş süzülmüş düyü

Hazırlanma qaydası:

1 Bildirçinləri yaxşı yuyub, içərisini təmizləyirirk. Duz, istiot səpib kənara qoyuruq.

2 Bu müddətdə içlik hazırlayırıq.  Soğanı xırda doğrayıb, yağda qızardırıq, üzərinə kiçik ölçüdə doğranmış göbələk əlavə edib, tavanın qapağını örtürük. Suyu çəkilənədək bişiririk. Kənarda təmizlənib, bişirilmiş şabalıdı da doğrayıb, qarışıma tökürük. Üzərinə xırda-xırda qoz doğrayıb, qarışdırırıq. Biraz duz, istiot səpdikdən sonra içlik hazırdır.

3 İçliyi bildirçinlərin içərisinə doldurub, soba qabına qoyuruq. Bildirçinlərin üzərinə mayonez çəkirik. Üstünü folqa ilə örtüb, 240 dərəcəlik sobada 40 dəqiqə bişiririk.Sonra folqanı götürüb, 5 dəqiqə də bişiririk.

4 Düyünü duz əlavə olunmuş ilıq suya tökürük və aşı hazırlayacağımız qazana su doldurub qaynamağa qoyuruq. Su yaxşıca qaynayanda içinə duz və artıq yuyulmuş düyünü elavə edirik. Düyü tam bişməmiş ocaqdan götürüb süzürük. Süzdüyümüz düyüdən 5 xörək qaşığını 2 yumurta  ilə qarışdırıb qazmaq formasında qazanın dibinə yayırıq. Üzərinə qalan düyünü,  zərdəçalı  və  ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyuruq. 1 saata plovumuz da hazırdır.

Bildirçinli plov isti halda süfrəyə verilir.

 Nuş olsun!

1170056_964688220287386_931437366_n

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий