Bişmədən hazırlanan Ekler tortu

Порций: 8 -10   Время приготовления: 40 dəq

12599200_254613278209554_742351650_nBişmədən hazırlanan ləzzətli Ekler tortunun resepti ilə tanış olun.

Tərkibi:

  • 450 qr peçenye
Pudinq üçün
  • 520 ml süd
  • 1 ədəd yumurta sarısı
  • 7 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı kakao 50 qr kərə yağı
  • 2,5 xörək qaşığı kraxmal
  • 1 çay qaşığı vanil 
Qlazur üçün
  • 1 stəkan süd
  • 4 x/q şəkər tozu
  • 2 x/q kakao
  • 50 qr kərə yağı

Hazırlanma qaydası:

1.  Tortun kremi üçün hazır vanilli pudinq istifadə etmək olar. Ancaq hazır pudinq əvəzinə evdə özünüz də bişirə bilərsiniz. Bunun üçün 500 ml südü 2 hissəyə ayırın.Ayırdığınız bir hissə südü zəif ocaqda qaynadın.O biri hissə südə kraxmal, 3 xörək qaşığı şəkər tozu,vanil və yumurta əlavə edib qarışdırın.Bu qarışığı qaynayan südə töküb qatılaşanadək qarışdırın.Pudinqi soyuması üçün kənara qoyun.

2. Keks qəlibinə yağlı kağız sərib peçenyeləri lay-lay düzüb üzərinə krem yaxın. Eyni qayda ilə bir neçə qat peçenye və krem yaxın. Sonuncu qata peçenye düzüb, tortun üzərinə qlazur tökün.

3. Qlazur üçün  şəkər tozu, kakao və 1 stəkan süd töküb ocağın üzərinə qoyun.Qaynayan qlazura kərə yağı töküb (yağ tam əridikdən sonra) ocağı söndürün. Ocaqdan götürdüyünüz qlazuru desertin üzərinə töküb, hazır olması üçün 1 saat soyuducuda dinləndirin. Qlazur əvəzinə damla şokoladı da əridib, istifadə etmək olar.

4. Sonda qlazuru tortun üzərinə tökün. Dadlı və asan Ekler tortu hazırdır.

NUŞ OLSUN!


12328503_893908160707851_1377596781_n12599411_1699193900366643_1173887623_n12599200_254613278209554_742351650_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий